Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və bununla əlaqədar onların qeydiyyatı elan olunur.

QHT. az  bildirir ki, bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən bildirilib.

Komitə vətəndaş cəmiyyəti institutlarının diqqətinə çatdırır ki, elanın qüvvədə olma müddəti mayın 22-si saat 18:00-dəkdir.

Təqdim olunmalı sənədlər:

şəxsiyyət vəsiqəsinin surətini;

namizədin tərcümeyi-halını;

namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini

mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər)

İctimai Şuraya üzvlüyə namizəd olan vətəndaş cəmiyyəti nümayəndələrinə dair tələblər (təşəbbüs qrupu namizədləri istisna olmaqla):

Məcburi köçkün problemi və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumata qrant verən təşkilat və layihə haqqında sənədlər əlavə olunmaqla, ən azı 5 layihəni icra etmək (Qarabağ müharibəsi iştirakçıları istisna olmaqla)

Təşəbbüs qrupu namizədi məcburi köçkünlər, Qarabağ müharibəsi iştirakçıları tərəfindən irəli sürülməlidir. Namizəd məcburi köçkün statusuna, müharibə iştirakçısı vəsiqəsinə sahib olmalıdır.

Sənədlər Dövlət Komitəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə (Bakı şəhəri, Tbilisi prospekti 129), yaxud [email protected] elektron ünvanına göndərilməlidir.

Əlavə məlumatlar veriləcək.