Xərçəng hüceyrələri ağız da daxil olmaqla bədənin istənilən yerində inkişaf edə bilər.
QHT.az Britaniya mütəxəssislərinə əsaslanaraq bildirir ki, ağız boşluğunda xərçəng xəstəliyi əmələ gələ bilər. Bədxassəli böyümələr dilin üstündə və ya altında inkişaf edə bilər. Tütün çəkmə, spirtli içki qəbul etmək, həmçinin insan papillomavirusuna yoluxma (HPV infeksiyası) dil xərçənginin inkişafının əsas amilləri hesab olunur.
İngilis mütəxəssislərinin tövsiyəsinə görə, bir insan dilində bir şey hiss edərsə dərhal həkimə müraciət etməlidir. Getməyən qırmızı və ya ağ ləkə, keçməyən yara və ya şiş, dil dişləməsi və ya hər hansı digər mexaniki travma ilə əlaqəli olmayan səbəbsiz qanaxmanı misal göstərmək olar. Bundan əlavə, ağız boşluğunda xərçəngin inkişafı boğazda daimi ağrı, udma zamanı ağrı, insanın daimi uyuşması, qulaq ağrısını göstərilə bilər.
Həkimlər ağız xərçəngi riskinin 60%-nin siqaretdən, 30%-nin spirtdən, qalan hissəsinin isə insan papillomavirusu (HPV) infeksiyasından qaynaqlandığını yazır.
Pərvanə Fərhadqızı












