Qardaş Türkiyədə meşə yanğınları davam edir. Türkiyənin Çanaqqala şəhərində meşə yanğını şəhərin mərkəzinə doğru irəliləyir. Meşə yanğınından zərər çəkən yerlərdən biri olan Yağcılar kəndində alov evlərə də çatıb.

QHT.az xəbər verir ki, yanğın saatlarla davam edir. Küləyin təsiri ilə geniş əraziyə yayılan alovlara havadan və qurudan müdaxilə davam edir. Yanğınsöndürənlər alovu söndürmək üçün mübarizə aparır. Bir çox axtarış-xilasetmə qrupları, eləcə də 13 fərqli şəhərdən öz maşın və avadanlıqları ilə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün yola çıxıb.

Dualarımız qardaş Türkiyədəki vətəndaşlarımız, meşə təsərrüfatı təşkilatı və bütün insanlarla birlikdədir. İnanırıq ki, Türkiyə dövlətin aldığı mühüm qərarlar tezliklə bu fəlakətin də öhdəsindən əzmlə gələcək.

 

Pərvanə Fərhadqızı