"GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi "Yanardağ" da əlillərin əl işlərindən ibarət satış sərgisi keçirilib.
"GÜLSAM" Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri və "GÜLSAM GROUP" MMC təsisçi direktoru Gülnarə Səlimova QHT.az-a açıqlamasında bildirib ki, bu sərgi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xeyriyyə məqsədi ilə keçirilib: “Sərginin məqsədi iştirakçılara yardım etməkdir. Gözəl sərginin keçirilməsində birliymizə böyük dəstəyi olan Yanardağın Direktoru Elvin Orucov, Baş fond mühafizəçisi- Səbinə İmanova və digər bütün işçi kollektivinə dərin hörmətlə təşəkkürmüzü bildiririk”.
Qeyd edək ki, hazırda Azərbaycanda 450 mindən çox əlil yaşayır. Ölkəmiz əlillərin ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri daim aparmalı, əlil vətəndaşların qabiliyyətini, bacarığını həmişə üzə çıxarmalıdır.
Pərvanə Fərhadqızı












