"Gələn ilin yanvar ayından Azərbaycan Laçın dəhlizində mini gömrük postunu quraraq yola nəzarəti Rusiya sülhməramlı qüvvələrlə birgə nəzarət etməsi gözlənilir. Bununla bağlı Rusiya ilə danışıqlar aparılır. Rusiyanın da şərtləri var. "
QHT.az xəbər verir ki, bu sözləri Politoloq Məhəmməd Əsədullazadə deyib: " Ermənistanin Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında yalnız bir bənd üzrə razılıq əldə etməsini vugulaması, o, deməkdir ki, Yerevan sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Əlavə şərtlər irəli sürməsi məğlub ölkə olaraq buna imkanı biz yaratmışıq.
Ermənistan 10 noyabr Birgə Bəyannamənin şərtlərini yerinə yetirmir. 4-cü bəndin yerinə yetirilməsindən boyun qaçırır. Ona görə də Azərbaycan konkret və ciddi addımlar atmalıdır."












