Sumqayıt şəhərində fəaliyyət göstərən “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD), Unikal klinikasının dəstəyi ilə Ramazan ayı ilə əlaqədar “Sağlamlığımızı Qoruyaq”-2 adlı xeyriyyə aksiyası keçirilib.
Aksiyada sağlamlıq imkanları məhdud şəxslərin təmənnasız tam tibbi müayinəsi təşkil olundu. Xeyriyyə aksiyasından 15-ə yaxın əlilliyi olan şəxslər faydalanaraq pulsuz tam tibbi müayinədən keçiblər. Müxtəlif xəstəliklərlə əlilliyi olan insanların yüksək səviyyədə müayinəsi həmin insanlarda həyata inam hissinin artırdı.
Bu barədə QHT.az-a birliyin rəhbəri Səbinə Kərimova bildirib. Onun sözlərinə görə, artıq ikinci ildir ki, Unikal Klinikasının dəsəyi ilə bu aksiya davam etdirilir.Bu il artıq müayinədən əlavə, təşkilatın 5 nəfər əlil üzvünün övladı klinika tərəfindən pulsuz sünnət olunub. Biz çalışırıq ki, əlilliyi olan şəxslərə hər sahədə dəstək olaq. Bu işdə bizə hər zaman dəstək olan Unikal Klinkasının rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, artıq 2-ci ildir ki, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD), Unikal klinikasının dəstəyi ilə aksiyanı davam etdirir.











