IKEA Fondu 2025-ci ildə dünya üzrə müxtəlif layihələrə ümumilikdə 320,6 milyon avro qrant ayırıb. Vəsaitlərin böyük hissəsi iqlim fəaliyyəti və humanitar yardıma yönəldilib.

QHT.az xarici mediaya istinadən bildirir ki, IKEA Fondu 1982-ci ildə IKEA-nın yaradıcısı İnqvar Kamprad tərəfindən təsis edilib. Əvvəllər əsasən dizayn və memarlığa diqqət yetirən fond sonradan fəaliyyətini ailə və uşaqların rifahı, yoxsulluğun azaldılması və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində genişləndirib.

Fond yarandığı gündən bu günədək dünya üzrə inkişaf layihələrinə 3 milyard avrodan çox vəsait ayırıb. 2025-ci ildə isə qrantlar 38 təşkilat və təşəbbüsə təqdim olunub.

Fond iqlim dəyişikliyi və yoxsulluğu uşaqların gələcəyi üçün əsas təhlükələrdən hesab edir və fəaliyyətində bu problemlərin həllinə üstünlük verir.