Uşaq Səfirlər Məclisinin Tovuz rayonu üzrə nümayəndələri Əsmər Həsənzadə və Mirhəşim Məmmədlinin təşəbbüsü ilə Tovuz rayon Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində "Gələcəyini qur" adlı görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşün əsas məqsədi imtahana hazırlaşan 9-cu sinif şagirdlərinə dəstək olmaq, onların motivasiyasını yüksək tutmaq olub. Görüşdə məktəbin psixoloqu və müəllimləri də şagirdlərə öz tövsiyələrini verib onlara uğurlar arzu ediblər.












