Gəncə Regional Qadın Mərkəzi ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsində nəzərdə tutulan tədbirləri uğurla davam etdirir.

QHT.AZ xəbər verir ki, layihənin məqsədi məktəblərdə Gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir. Sabunçu rayonu Nardaran kənd 130 nömrəli tam orta məktəbin 8-9-cu siniflərində təhsil alan 70 qız və oğlan şagirdlərlə seminar təşkil edilmişdir. Onların gender biliklərini artırmaq üçün kifayət qədər məlumat verildi. Şagirdlər həmçinin təhsildə gender göstəriciləri ilə tanış oldular, onlara təhsildən yayınmanın fəsadları izah edildi.
Şagirdlərin valideynləri ilə keçirilmiş görüşdə onlar övladları ilə birlikdə Gender məktəbinin iştirakçıları olaraq gender biliklərini artırdılar.

Valideynlərlə aparılan müzakirələrdə övladları ilə bağlı bir çox məsələlər – təhsil göstəricilərə, təhsildən yayınmanın səbəbləri, qızların təhsil hüquqları və s. haqqında müzakirələr keçirildi.
Şagirdlərin müəllimləri ilə keçirilmiş görüşdə onlar şagirdləri ilə birlikdə Gender məktəbinin iştirakçıları olaraq gender biliklərini artırdılar. Müəllim- şagird-valideyn münasibətləri, icma ilə iş, qızların təhsilə cəlb edilməsinin yolları, valideynlərin məktəbə cəlb edilməsi əsas müzakirə mövzusu oldu. Növbəti mərhələdə şagirdlərin universitetlərə infoturu gözlənilir. 


Layihə fəaliyyətləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş gender bərabərliyi, Azərbaycan Respublikasında qəbul edilmiş Gender bərabərliyi haqqında qanunun məqsədlərinə uyğun olaraq davam edir. Layihə Azərbaycan Respublikasının QHT-ə Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmişdir.