Gəncə Regional Qadın Mərkəzinin ““Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənmişdir.
 
QHT.az xəbər verir ki, layihənin məqsədi məktəblərdə Gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik, təşəbbüskar və SMART yeni nəslin yetişdirilməsinə tövhə verməkdir.
 
Əsasən təhsildə zəif göstəricisi olan qız və oğlanlar layihəyə cəlb ediləcəklər. Hədəf olaraq Sabunçu rayonu 130 nömrəli tam orta məktəb və 209 nömrəli tam orta məktəb, Xəzər rayonu 185 nömrəli tam orta məktəblərin 8-9-cu siniflərində təhsil alan 90 qız və oğlan şagirdlər (hər məktəbdən 30 şagird) layihəyə cəlb edilərək gender və təhsil göstəricilərini artırmaq üçün biliklərini artıracaq, Mentorluq proqramına cəlb ediləcəklər.
 
Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Mühəndislik Universitetinin 30 nəfər tələbələri (hər universitetdən 10 tələbə) şagirdlərlə Mentorluq fəaliyyətini həyata keçirəcəklər. Şagirdlərin müəllimləri (hər məktəbdən 15 müəllim) şagirdləri ilə birlikdə Gender məktəbinin iştirakçıları olaraq gender biliklərini artıracaqlar.
 
Şagirdlərin valideynləri (hər məktəbdən 30 valideyn) övladları ilə birlikdə Gender məktəbinin iştirakçıları olaraq gender biliklərini artıracaqlar. Layihə gedişində şagirdlərin universitetlərə infoturu təşkil ediləcəkdir.
 
Beləliklə, məktəb, şagirdlər, valideynlər və universitet tələbələrindən ibarət icma qrupu yaradılaraq problemlərin həlli yollarını tapmaq üçün birgə çalışacaqlar. Layihə bitdikdən sonra tələbələr və şagirdlərin birgə fəaliyyətinin dayanıqlığı bizim tərəfimizdən daim izlənilcəkdir. Layihə fəaliyyətləri 01 oktyabr-30 noyabr 2022-ci ili əhatə edir. Ümumilikdə 12 tədbir olacaqdır.