"Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə " Gənclər arasında Azərbaycanın qazi və qəhrəmanlarının təbliğ olunması ” adlı layihəyə start
GVİB layihənin icrasının başlanması ilə bağlı konfrans keçirilib. İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak edirdilər
Konfransı giriş sözü ilə acan layihə rəhbəri Müqamət Əliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırdı və qeyd etdi ki, Gənclər Fondun yardımı ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılmış, əmr və müqavilələr hazırlanmışdır. Bunun xaricində təşkilatın 9 fəalı da könüllü olaraq layihəyə cəlb edilmişdir. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılmışdır. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilmişdir.
Layihə üzrə təşkilat komitəsinin üzvü N. Quliyev bildirdi ki, icra olunan layihə 27 sentyabr 2021-ci il tarixdən 27 dekabr 2021-ci il tarixə kimidir .
3 ay müddətində icra olunan layihə Bakı şəhər Ali və orta təhsil müəssisələrində həyata keçiriləcək.
Layihənin əsas məqsədi , Gənclər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda II –ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhidlər haqqında məlumatlandırma, şəhid olmuş hərbçiləriin, həmçinin qazi və qəhrəmanlarının təbliğ olunması, işğaldan azad edilmiş torpaqlarda məskunlaşmada gənclərin marağın artırılması, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini əhali arasında təbliği, gənclərin fiziki, psixoloji və mənəvi sağlamlığının artırılması, narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ali və orta ixtisas təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir.












