"İslam maliyyəsi sahəsində maarifləndirmə işləri ilə məşğul oluruq, eyni zamanda təhsil imkanları çərçivəsində çoxsaylı pulsuz təlimlər həyata keçiririk. Bu maarifləndirmə fəaliyyətlərini davamlı şəkildə icra edirik.
QHT.az xəbər verir ki, bu sözləri İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib. Onun sözlərinə görə, resurslar məhduddur, çünki əsas gəlir mənbəyimiz təqdim etdiyimiz kiçik məbləğli təlimlərdən əldə olunan vəsaitdir və digər fəaliyyətlərin həyata keçirilməsi üçün də müəyyən xərclər tələb olunur:
"Maariflənmək və öyrənmək istəyən insanların sayı isə kifayət qədər çoxdur, xüsusilə də gənclər arasında maraq böyükdür. Biz hər kurs və təlimdə imkan daxilində müəyyən sayda iştirakçını ödənişsiz şəkildə cəlb etməyə çalışırıq. Lakin müraciətlərin çoxluğu səbəbindən bu istiqamətdə sizin dəstəyinizə ehtiyacımız var".
Pərvanə Fərhadqızı












