İlk növbədə, məhdudiyyətlər turist qruplarına şamil olunur.

QHT.az xəbər verir ki, Kapri adası bu yaydan etibarən turizmə yeni məhdudiyyətlər tətbiq edəcək. Qaydalara əsasən, adaya 40 nəfərdən çox olan turist qruplarının enişinə icazə verilməyəcək, 20 nəfərdən böyük qruplar isə səsgücləndiricilərdən istifadə edə bilməyəcək. Bələdçilərə çətir və bayraq kimi diqqətçəkən əşyalar qadağan olunacaq, qruplar isə küçələri bağlamadan hərəkət etməlidir.

Pik mövsümdə gündə 50 minə qədər turist qəbul edən ada bu addımla izdihamı azaltmağı və yerli sakinlərin rahatlığını qorumağı hədəfləyir. Yerli sakinlər və biznes nümayəndələri qərarı dəstəkləyərək bunun daha “yaşana bilən” Kapri üçün vacib olduğunu bildiriblər. İtaliyanın digər məşhur şəhərlərində də overturizmə qarşı oxşar məhdudiyyətlər tətbiq olunur.

 

R.İmanov