BMT-nin Uşaq Fondu Gənclər və İdman Nazirliyi ilə birlikdə “Gənclərin Karyera Hazırlığının və İmkanlarının Artırılması” layihəsinə start verib.
QHT.az xəbər verir ki, layihənin ilkin mərhələsində 32 Gənclər Evini təmsil edən əməkdaşlar Karyera Məsləhətçiliyi mövzusunda təlimə cəlb edilib. Təlimin məqsədi Gənclər Evlərinin əməkdaşlarının peşəkar bacarıqlarını artırmaqla gənclər üçün karyera məsləhəti xidmətlərinin təşkil edilməsidir.
Pərvanə Fərhadqızı












