İspaniyada insanlardan evdə qalmaq, küçəyə çıxmamaq və avtomobildən istifadə etməmək təhlükəli olduğu üçün xəbərdarlıqlar edilib, SMS göndərilib.
QHT.az xəbər verir ki, ərazilərdə qatarların hərəkəti dayandırılıb və futbol matçları ləğv edilib. Madrid meri təcili yardım qruplarının daha sürətli hərəkət etməsinə kömək etmək üçün insanları küçələrə çıxmamağa çağırıb.
Səlahiyyətlilər "müstəsna və həqiqətən nadir yağış vəziyyətinin" gözlənildiyini deyirlər.
Madridin 1972-ci ildə hər kvadrat metrə 87 litr olan rekordunun "qırılma ehtimalı" olduğu bildirilir. Burada hər kvadratmetrə 120 litr yağıntının düşəcəyi gözlənilir.
Pərvanə Fərhadqızı












