Tanınmış şair və yazıçı Gülməail Muradın "Beş Ulduz" adlı yeni kitabı işıq üzü görüb. Bu əsər, Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş Ağstafalı qəhrəmanlara həsr olunub.
QHT.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyindən verilən məlumata görə, kitabın əsas mövzusu Vətən sevgisi və vətənpərvərlik ruhudur. Gülməail Murad, Qarabağ münaqişəsinin ilk günlərindən başlayaraq, 2023-cü ilin sentyabr ayında keçirilmiş anti-terror əməliyyatlarına qədər olan hadisələri qələmə alıb. Müəllif, döyüşlərdə şəhid olmuş beş qəhrəman igidimizin həyat hekayələrini və onların qəhrəmanlıqlarını böyük ustalıqla təsvir edib.
"Beş Ulduz" kitabı, oxuculara Azərbaycan xalqının 30 illik mübarizəsini və qələbə sevincini çatdırmaqla yanaşı, şəhidlərin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Kitab "Elm və təhsil" nəşriyyatı tərəfindən 2024-cü ildə çap edilib.
Pərvanə Fərhadqızı












