Samux rayon üzrə günərzi-qayğı mərkəzində 8 noyabır Zəfər gününə həsr edilmiş tədbir keçirilib.

QHT.az xəbər verir ki, İstedadlı Əlillər İctimai Birliyi tərəfindən Zəfər bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Samux rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinə tədbiri həyata keçiriib.

İlk öncə tədbirdə dövlət himni səsləndirilib, sonra canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib. 
Mərkəzin rəhbəri Qubad Qasımov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfərin tariximizə qızıl hərflərlə yazıldığını qeyd edərək, Zəfər Günü barədə tədbir iştirakçılarına və mərkəzin uşaqlarına  ətraflı məlumat verib.
Qubad Qasımov Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə qeyd edərək, möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu diqqətə çatdırdı.
 
 Zəfər bayramı münasibətilə təşkil olunan tədbirdə mərkəzin uşaqlarının ifasında torpaq, Ana Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş şerlər və mahnılar səsləndirildi. Tədbirin davamında tədbirə dəvət olunmuş ictimai birliyin üzvləri əlilliyi olan şəxslərin, eyni zamanda Samux rayon sakini, görmə məhdudiyyətli Rauf Samuxlunun və Sevinc Qəmginin ifalarında vətənpərvərlik mövzusunda musiqilər səsləndirildi.

Tədbirdə iştirak edən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Samux Rayon nümayəndəsi Ceyhun Həsənov, Samux Rayon İcra Hakimiyyətinin nümayəndəsi Fərid Rüstəmov və  Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev, vətən uğrunda canlarından keçmiş şəhidlərin valideynləri və könüllülər iştirak etdilər. 
Sonda Samux rayon Günərzi Qayğı Mərkəzinin rəhbəri Qubad Qasımov layihəyə və layihə müddətində tədbirlərin təşkilində dəstək göstərən ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinə öz təşəkkürünü bildirdi.