11 sentyabr 2024-cü il tarixində Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının təşkilatçılığı ilə "ANA & BALA 6 Sağlamlıq Yay Düşərgəsi" keçiriləcək. Düşərgə, qanın laxtalanma pozğunluğundan əziyyət çəkən uşaqlara və onların valideynlərinə tibbi mütəxəssislər tərəfindən xüsusi təlimlərin keçirilməsini nəzərdə tutur.
Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynovun sözlərinə görə, düşərgə çərçivəsində fizioterapevtik müayinələr, hematoloq tərəfindən təlimlər, damar daxili inyeksiya təlimləri və uşaqların istirahətinin təmin edilməsi planlaşdırılıb. O qeyd edib ki, bu tədbirin əsas məqsədi uşaqların sağlam böyüməsinə töhfə verməkdir.
“Bizim məqsədimiz, biliklərimizi paylaşaraq uşaqların sağlam böyüməsini təmin etməkdir,” – deyə Ayaz Hüseynov bildirib.












