Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı, “BDU könüllüləri”nin dəstəyi ilə ali məktəb tələbələri arasında keçirilən "Hər qarışı Vətəndir" adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

QHT.az xəbər verir ki, tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev Qərbi Azərbaycan məsələsinin milli yaddaşda möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq ali təhsil müəssisələrinin bu istiqamətdəki rolunu qeyd edib. Milli Məclis üzvləri Hikmət Babaoğlu və Şahin İsmayılov isə müsabiqənin gənclərdə milli yaddaşın və tarixi dəyərlərin təbliğinə töhfə verdiyini bildiriblər.

Nəticələrə əsasən, BDU tələbələri Qasım Xəlilov I, Hümbət Bədəlov II, Sumqayıt Dövlət Universitetinin tələbəsi Nigar Xanəliyeva III yerə layiq görülüb. Aygün Fərzəliyeva, Yasin Salehov və Rahilə Məmmədova isə həvəsləndirici mükafatlarla təltif olunublar.

 

Pərvanə Fərhadqızı