Bu gün Sosial Tədqiqatlar Mərkəzində "Heydər Əliyev ili" çərçivəsində Milli Qurtuluş Gününün 30 illiyinə həsr olunan "Heydər Əliyev və insan hüquqları: Qurtuluşdan başlanan inkişaf yolu" mövzusunda beynəlxalq konfrans keçirilir.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Sosial Tədqiqatlar Mərkəzi və Bakı Dövlət Universitetinin birgə təşkil etdiyi konfransda Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova iştirak edirlər.
Konfransda Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasına həsr olunan film nümayiş olunacaq.
Pərvanə Fərhadqızı












