Xəbər verdiyimiz kimi, iyunun 15-i saat 08 radələrində Ermənistan Respublikasının Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycan Respublikasının suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunub və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə 1 nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, Real TV təxribat nəticəsində yaralanan gizir Elşən Rüstəmova müalicə aldığı xəstəxanada baş çəkib.

 

Bildirilir ki, E.Rüstəmov intensiv müalicə alır, həyati təhlükəsi yoxdur.

 

Daha ətraflı videomaterialda: