Çin Elmlər Akademiyasının Honq Konq Süni İntellekt və Robototexnika Mərkəzi neyrocərrahlara kömək etmək üçün süni intellekt alətini təqdim edib.
QHT.az xəbər verir ki, CARES Copilot 1.0 süni intellekt modeli mürəkkəb beyin əməliyyatları zamanı həkimlərə kömək etmək üçün nəzərdə tutulub. Mərkəzin rəhbəri Liu Honqbinin dediyi kimi, alət neyrocərrahlara “daha effektiv klinik diaqnostika aparmağa və kifayət qədər sayda istinad materialları əsasında tibbi nəticələr çıxarmağa” kömək edəcək.
CARES Copilot 1.0 Meta Platforms tərəfindən hazırlanmış Llama 2 böyük dil modelinə əsaslanır və müxtəlif verilənlər bazaları, o cümlədən mətn məlumatı, şəkillər, eləcə də maqnit rezonans görüntüləmə (MRT), kompüter tomoqrafiyası (KT), ultrasəs görüntüləmə nəticələrin öyrənilməsinə əsaslanır.
CARES Copilot 1.0 artıq Honq-Konq və materik Çindəki bəzi tibb müəssisələrində daxili sınaqdan keçib.
Pərvanə Fərhadqızı












