Radisson Hotel otelində "İctimai iştirakçılıq: Təşəbbüslər və yeni çağırışlar” mövzusunda konfrans keçirilir.
QHT.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Komitə yanında İctimai şura üzvləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər və sosial şəbəkə blogerləri iştirak edəcəkdir. Konfrans çərçivəsində Komitə yanında İctimai şuraya üzv seçilmiş qeyri-hökumət təşkilatlarının rəhbərlərinə üzvlük vəsiqələri təqdim ediləcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitə sədri Bahar Muradova açılış nitqi ilə çıxış edir.
Eyni zamanda seçkilərin keçirilməsində göstərdikləri dəstəyə görə seçki komissiyası üzvlərinin təşəkkürnamə ilə təltif edilməsi nəzərdə tutulur.
Pərvanə Fərhadqızı












