Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi iyun ayı üzrə hesabatı təqdim edib.

QHT.az xəbər verir ki, təqdim olunan hesabatda 6 iyun tarixində Agentliyin maliyyə dəstəyi ilə hazırlanmış "İşgəncələr məbədi - Şuşa həbsxanası" adlı sanadli filmin ictimai müzakirəsi keçirilib. Bir qrup QHT-lər Ermənistanın Azərbaycanla həmsərhəd ərazisində metallurgiya zavodunun inşasına etiraz məqsədilə 8 iyun tarixində bəyanatla çıxış ediblər. 9 iyun tarixində isə 2023-cü ildə keçirilmiş KQM-nin nəticələri ilə bağlı apelyasiya müraciətlərinə Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən baxılıb. Agentliyin təşəbbüsü ilə "İnsan Hüquqları" aylığına həsr edilmiş dəyirmi masa 13 iyun tarixində keçirilib. İyun ayının 22-də 2023-cü il qrant musabiqələrinin qalibi olan QHT rəhbərləri ilə məlumatlandırma görüşləri keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi "Heydər Əliyev ili" və 26 iyun-Silahlı Qüvvələr Günü münasibətilə şəhid ailəsi üzvləri və müharibə veteranlarının Heydər Əliyev Mərkəzinə ziyarəti 26 iyun tarixində təşkil edib.

Qeyd edək ki, Agentliyin iyun ayı üzrə sənəd dövriyyəsində göstərilib ki, daxıl olan məktub sayı- 88, göndərilən məktub sayı- 30, Ədliyyə Nazirliyindən daxıl olan bildiriş sayı- 4, qəbulların ümumi sayı isə 623-dür.

 

Pərvanə Fərhadqızı