17 iyul 2025-ci il tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərcell şirkətinin rəhbərliyi ilə görüş keçirdib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İc­timai Şu­ra­nın sədri, Rabitə və İnformasiyaları Mütəxəssisləri İctimai Birliyinin sədri Siruz Abasbəyli verib. Onun sözlərinə görə, Azərcell şirkətinin rəhbəri Zərinə Zeynalova Şura uzvlərini salamlayaraq, Şirkətin aparici rəhbər işciləri ilə şura üzvlərini tanış etdi. İctimai Şuranın sədri Siruz Abasbəyli də şura üzvlərini təqdim edərək qəbul ücün Zərinə xanıma təşəkkürünü bildirdi. Sonra Azercell-in aparıcı mütəxəssisləri Şirkət haqqinda ətraflı məlumat verərək, gələcək prespektiv planlarla şura üzvlərini tanış etdilər. Öz növbəsində şura üzvləri mövcud problemlər və abunəcilər tərəfindən qaldırılan problemlər və onların həlli ilə baglı şirkət rəhbərliyinə suallarla müraciət etdilər. Qaldırılan məsələlər və problemlərə mütəxəssilər qane edici cavablar verərək, onların həlli yollarlnı birlikdə müzakirə etdilər. Görüşün müsbət nəticəsini nəzərə alaraq, belə görüşlərin mütəmadi olaraq kevirilməsi qərara alındı.

Sonda həm Zərinə Zeynalova həm də Siruz Abasbəyli görüşün qarşılıqlı xeyirli oldugunu vurguladılar.