6 fevral 2023-cü il tarixində Türkiyə Respublikasının cənub-şərq bölgəsində qeydə alınan zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə yardım məqsədi ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri də humanitar yardım tədbirlərinə qoşulub. 
 

QHT.az xəbər verir ki, İctimai Şuranın üzvləri tərəfindən alınan yataq və isti qış geyim dəstləri 11 fevral 2023-cü il tarixində İctima Şuranın könüllüləri tərəfindən qablaşdırılaraq can qardaşlarımıza göndərilməsi üçün Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edilmiş toplantı məntəqəsinə təhvil verilib.