"Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədov, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov, Dövlət Gömrûk Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundov və Komitənin bir sıra digər rəsmiləri ilə məzmunlu görüşümüz oldu".

Bu fikri Azərbaycan Texniki Universitetin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib.  O, həmçinin qeyd edib ki, görüşdə Bakı Baş Gömrük İdarəsinin  rəisi Elmir Ramazanov sistemformalaşdıran rol oynayan  paytaxt idarəsində tətbiq edilən innovasiyalar barədə ətraflı məlumat verərək, geniş təqdimatla çıxış edib: "Fikrimcə, Dövlət Gömrük Komitəsində son dövrdə tətbiq edilən innovativ, rəqəmsal yanaşmalar, idarəetmə prosesindəki şəffaflıq ölkə ictimaiyyətinin  bu quruma  olan etimadının yüksəldilməsinə xidmət edir".