İdman zallarında yüksək səsli musiqiyə məruz qalmaq eşitmə qabiliyyətinizə mənfi təsir göstərə bilər. 

QHT.az xəbər verir ki, ritmik musiqi sədaları altında idman oynamaq təkcə fiziki sağlamlığa fayda vermir, həm də əhval-ruhiyyəni yaxşılaşdırır. ABŞ Milli Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunun mütəxəssislərinin tövsiyələrinə əsasən, 94 desibel həcmində səs-küyə məruz qalma gündə bir saatdan çox davam etməməli və 100 desibel həcmində səs-küy mənbələrinə məruz qalma 15 dəqiqəyə qədər məhdudlaşdırılmalıdır.

İnsan həddindən artıq yüksək səslərə qısamüddətli və ya davamlı məruz qaldıqda eşitmə sistemindəki reseptorlar zədələnə bilər. Dərs zamanı uzun müddət yüksək səslə musiqi dinləmək eşitmənin pisləşməsinə və hətta itməsinə, həmçinin tinnitus (qulaqlarda cingilti) ilə nəticələnə bilər.

 

 

Pərvanə Fərhadqızı