Hollandiyanın Təhsil, Mədəniyyət və Elm Nazirliyi orta və liseylərdə sinif otaqlarında mobil telefon, planşet və smart saatların qadağan edilməsinə qərar verib.
QHT.az xəbər verir ki, telefondan istifadənin şagirdlərin diqqətini yayındırdığı və öyrənmə bacarıqlarını zəiflətdiyi əsas götürülərək verilib. Telefonlar həyatımızın hər sahəsinə təsir etsə də, sinifdə olmamalıdır. Şagirdlərin diqqətini toplamaq və yaxşı öyrənmək üçün hər cür imkanları olmalıdır. Araşdırmalar cib telefonlarının bunun qarşısını aldığını göstərir. Məlumatda qeyd olunub ki, müraciət universitetləri əhatə etmir.
Telefon qadağası qərarının icrasının məktəb rəhbərliyinə, müəllimlərə, valideynlərə və şagirdlərə həvalə edildiyi bildirilib. Açıqlamada bildirilib ki, 2024-cü il yanvarın 1-də başlayacaq tətbiq 2023-2024-cü tədris dövrünün sonunda arzu olunan uğuru əldə etməzsə, zəruri hallarda hüquqi tənzimləmə halına salına bilər.
Pərvanə Fərhadqızı












