Sizcə iş yerlərində texnologiyaya tələbat artdıqca hansı bacarıqlara ehtiyac var?

Əlbəttə ki, “İKT bacarıqlarına”

Bu məqsədlə “Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınlara İKT bacarıqlarını aşılamaq, iş axtarmaq imkanlarını genişləndirmək” layihəsi çərçivəsində “Kompyuter bacarıqları” təlimlərinə 11 aprel 2023-cü il tarixindən start verilib.

2 ay nəzərdə tutulan təlimlər zamanı iştirakçı qadınlara MS Office proqramları ilə yanaşı digər proqramlarda öyrədiləcək. Həmçinin təlimlər zamanı qadınlara CV-nin hazırlanması və uğurlu iş müsahibəsinin yolları da inkişaf etdiriləcək.

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qadınlara İKT bacarıqlarını aşılamaq, iş axtarmaq imkanlarını genişləndirmək” layihəsi çərçivəsində olan təlimlərdə 16 nəfər qadın iştirak edir.

Qeyd edək ki, “Qusarda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi II (ikinci) qrant layihəsidir.