“Heydər Əliyev İli” çərçivəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri ilə Ulu Öndərin 100 illiyinə həsr olunan dəyirmi masa keçirilib.

 

Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyevin, Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitovanın və aidiyyəti məsul əməkdaşların, Universitetin Hüquq fakültəsinin dekanı Zaur Əliyevin iştirak etdiyi tədbirdə ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, demokratik hüquqi dövlət quruculuğunda, mütərəqqi məhkəmə-hüquq islahatlarının aparılmasında, ölkədə hüquq təhsilinin inkişafında Ulu Öndərin çoxşaxəli irsindən bəhs olunub, əbədiyaşar liderlə bağlı maraqlı xatirələr bölüşülüb, film nümayiş etdirilib.

 

Ümummilli Liderin dövlətçilik amallarının indiki və gələcək nəsillərə örnək olduğu, dahi rəhbərin əziz xatirəsinin əbədi yaşayacağı bildirilib.

 

Səmimi və konstruktiv müzakirələr şəraitində keçən dəyirmi masada tələbələrlə faydalı fikir mübadiləsi aparılıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Gənclər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatlarının ölkə Prezidenti tərəfindən uğurla həyata keçirilərək yeni inşa olunmuş Yasamal Rayon Məhkəməsinin binasında yaradılmış müasir şəraitlə, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən rəqəmsal innovasiyalarla tanış olublar.

 

Sonda xatirə şəkli çəkdirilib.