İmişlidə narkomaniyanın fəsadları və insana vurduğu zərbələri və narkomniyaya qarşı mübarizənin təbliğ edilməsi ilə bağlı maarifləndirici görüş keçirilib. Tədbir zamanı həmçinin narkomaniyanın törətdiyi bəlaların əks olunduğu film nümayiş edilib.
"Qayıdış" İctimai birliyinin təşəbbüsü ilə narkomaniyaya qarşı mübarizə tədbirləri mövzusunda maarifləndirici tədbir keçirilib. Görüş İmişli şəhər 7 Saylı orta məktəbdə gerçəkləşib.
Tədbirdə Qayıdış İctimai Birliyinin rəhbəri Hasil Tağıyev, İmişli rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, İmişli rayon təhsil sektorunun, İmişli rayon Mərkəzi xəstəxanasının nümayəndələri, şagird və müəllim kollektivi iştirak edib.
Öncə Himn səsləndirilib və şəhidlərin əziz xatirəsi sükutla anılıb. Çıxış edən İmişli rayon İcra Hakimiyyətinin şöbə müdiri Rahim Zahidov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə nəzərdə tutulan tədbirlərdən danışıb.
Narkomaniya ilə mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətlərini müəyyən edən bir sıra Qanun və Dövlət Proqramlarının İmişlidə də uğurla həyata keçirildiyini bildirib.
Tədbirdə narkotik vasitələrin insan sağlamlığında yaratdığı yaralardan söhbət açan həkim Şahin Əliyev bildirib ki, narkotik vasitələrin təsirinə düçar qalmaq insanların həyatında sağalmaz yaralara yol açır. Həmçinin narkotikaya qurşanan insanlar öz gəncliyini və gələciyini itirməklə bərabər həmdə ətrafında olan insanlara da ziyan yetirir.
Rayon Təhsil sektorunun müdiri Vahid Tağıyev çıxışında Narkomanlığın ictimai bəla olaraq cəmiyyətə ziyanı, bu bəla ilə mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi üçün mütəmadi kütləvi tədbirlər təşkil edildiyini diqqətə çatdııb
İmişli rayon Polis şöbəsinin əməkdaşı Cavanşir Bayramov narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, ardıcıl maarifləndirmə və profilaktik işlərin aparıldığını vurğulayıb.
Filmin ssenari muallifi Xaqani Əliyev öz çıxışında filmin məqsədlərindən danışıb qeydi edib ki təqdim olunan film zamanın ən böyük bəlası olan narkotiklərə qarşı aparılan mübarizə işinə kömək etmək məqsədi ilə çəkilib. Film narkotiklǝrǝ aludə olmuş gənc ananın keçirdiyi istirablardan, öz hayatına qasd etmasindan və xeyirxah insanlar tərəfindən xilas edilmasindən bəhs edir.
Diqqətə çatdırılıb ki Film fəlakətə düçar olan insanlara əzablarla dolu, sonu faciəvi ölüm olan bu yol ilə getməməyə çağırış edir və filmin əsas məqsədi Narkotiklərə qarşı insanlarda nifrət oyatmaqdan ibarətdir.
Sinxron Qayıdış İctimai Birliyin rəhbəri Hasil Tağıyev
Sinxron Filmin senari müəllifi Xəqani Əliyev
Kadr. Daha sonra ssenari müəllifi Xəqani Əliyev, rejissoru Namiq Ağayev olan və Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qayıdış " ictimai Birliyinin layihəsi əsasında çəkilən "Qızıl gülə batasan" adlı qısametrajlı bədii filminin nümayişi olub. Film narkotik aludəçisi olan gənc ananın keçirdiyi istirabları, öz həyatına qəsd etmə cəhdlərini və xeyrxah insanların onu xilas etməsini özündə əks etdirib. Həmçinin filmdə narkomaniya balasının dəhşətləri, vurduğu zərbələri aradan qaldırmaqla yanaşı, narkotiksiz həyatın gözəllikləri, xoşbəxt və gözəl anları canlandırılıb.












