Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşqulluğ Agentliyinin təşkilatçılıqları ilə "Gülüstan" sarayında İnsan Resursları Zirvəsi keçirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a məlumat verib: "Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlərinin, İqtisadiyyat Nazirinin 1 ci müavininin, Dövlət İmtahan Mərkəzinin rəhbərinin, digər dövlət rəsmilərinin, millət vəkillərinin iştirak etdiyi tədbirin əsas leytmotivi dövlət siyasətində prioritetlərin yer dərinliyindən beyin dərinliyinə transfer edilməsidir. Düşünürəm ki, qeyd edilən leytmotivin reallaşması ölkədə sosial və iqtisadi inkişafla bağlı müsbət trendlərin formalaşmasına gûclu təkan verə bilər!"

Qeyd edək ki, “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbir 2 gün davam edəcək.

 

Pərvanə Fərhadqızı