“90- cı illərin sonlarından tələbəlik illərimdən vətəndaş cəmiyyəti sektorunda çalışıram və beynəlxalq qurumların hər birində "icma işi" ilə bağlı konsepsiyanın olduğunu görürdüm. Fəaliyyətinin, tematikasının nə olduğundan asılı olmayaraq hər bir fəaliyyət planında icmanın formalaşması, icma quruculuğu, icmanın cəlbi, icma təşəbbüsləri və s. istiqamətlər mövcud olur. İcma əsaslı xidmətlər yaradılır, icmalar arası şəbəkələr qurulur”.- bu sözləri QHT Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib.
O, qeyd edib ki, bizim yerli səviyyədə bəlkə ən zəif olduğumuz sahələrdən biri icmalarla və geniş anlamda əhali ilə iş konsepsiyamızın olmamasıdır: “Buna görə də vətəndaş cəmiyyətinin preventiv tədbirləri ləngdir. Düzü bu geniş sahədir və əhatəli, davamlı iş tələb edir. İstənilən sosial problemə erkən müdaxilə göz yaşartmır”.
Korporativ sosial məsuliyyətin çox effektli yol olduğunu da qeyd edən Günel Səfərova bunun qanun olmadan da işləmək olduğunu diqqətə çatdırılıb.
Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyinin sədri Kamil Hamidov bu məsələyə münasibət bildirərək qeyd edib ki, ümumiyyətlə vətəndaş cəmiyyətinin inkişafı üçün Korporativ sosial məsuliyyət haqqında qanun qəbul edilməlidir: “İcmalarla iş fasiləsiz fəaliyyət tələb edir. Qrantlara bağlı Vәtәndaş cәmiyyәti tәşkilatlarının heç birinin belə işləyə bilməməsi başa düşüləndir”.- deyə vurğulayıb.
Kamil Hamidov Günel xanıma cavab olaraq şirkətlərin öz reputasiyaları, imiclərini yaxşılaşdırmaq baxımından sosial layihələri dəstəklədiyini və ya özləri bu işləri gördüklərini də qeyd edib: “Agentlik Azərbaycandakı şirkətlərin sosial məsuliyyətlik fəaliyyətləri üzrə müsabiqə və ya mükafat təsis edə bilər, müəyyən bir reytinq ölçmə şkalası yarada bilər və il sonunda qalib şirkətlər fərqləndirilər. Agentlikdən qalib olmuş QHT-lərin layihələrinə tərəfdaş olanları xüsusi vurğulana bilər. Yəni qanun olmadan da işləmək olar”.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov dünyanın heç bir inkişaf etmiş ölkəsində Korporativ sosial məsuliyyət haqqında qanun olmadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, bu bir mədəniyyətdir və onu çərçivələrə salmaq olmaz: “Bu yanaşmanın adı isə zaman-zaman dəyişir və hazırda isə bu Məsuliyyətli Biznes Davranışı adlar. Ümid Sosial İnkişafa Dəstək İctimai Birliyi 1998-ci ildən İcma İnkişafı layihələri həyata keçirir, hazırdada bu işlə məşğul olur. Bəzi məsələlərin həllinə nail olmuşuq. Ən azı 2 təhsil müəssisəsində Sosial İş ixtisasında İcma inkişafı bir fənn kimi tədris olunur”.- deyə Günel xanıma, bu məsələni müzakirəyə çıxardığı üçün təşəkkürünü bildirib.
Pərvanə Fərhadqızı












