Aprelin 19-da Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Məcburi köçkünlərin mülkiyyət tələblərinə dair beynəlxalq praktika” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə BMT-nin ad hoc təsisatları və digər qurumları çərçivəsində Qərbi Azərbaycanlıların mülkiyyət tələblərinin araşdırılması mümkünlüyü, eləcə də Bosniya və Herseqovina üzrə yaradılmış Dayton Komissiyası, İran-ABŞ Tələblər Tribunalı, İraq-Kuveyt münaqişəsi üzrə BMT Təzminat Komissiyasının təcrübəsi barədə məlumat verilmiş və bu məsələdə ölkəmizin gələcək strategiyasına dair mülahizələr səsləndirimişdir.











