"Hazırda qlobal miqyasda təxminən 200.000 buzlaq var və hər il təxminən 750 buzlaq yoxa çıxır. Bununla belə, araşdırmalar göstərir ki, yanan qalıq yanacaqlardan emissiyalar atmosferə buraxılmağa davam etdikcə bu sürət sürətlə artacaq. Qeyd edə ki, buz şəklində olan suyun miqdarı çox vacibdir. Qrenlandiyada buzlar ərisə, dünyanın dəniz səviyyəsi 6 metr qalxacaq. Antarktidada buzlar ərisə isə bu yüksəliş 65 metrə qədər çata bilər".

Bu sözləri “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, maraqlıdır ki, dini mənbələrdə xəbərdarlıq kimi təqdim olunan bir çox hadisələr bu gün elmi müşahidələrlə müəyyən mənada üst-üstə düşür. Su çatışmazlığı bir tərəfdən, daşqınlar və sel fəlakətləri digər tərəfdən insanın təbiətə münasibətində ciddi balans pozuntusunun olduğunu göstərir.Həm din, həm də elm insanı məsuliyyətə, təbiəti qorumağa və düşünülmüş şəkildə davranmağa çağırır: 

"Məsələnin mahiyyəti dünyanın sonu deyil, insan fəaliyyətinin təbiətə təsiridir. Təbiətə məsuliyyətsiz yanaşma su fəlakətlərini artırır və bəşəriyyət üçün ciddi xəbərdarlıq rolunu oynayır. Bu baxımdan, Yer kürəsinin su altında qalması fikri həm elmi, həm də mənəvi anlamda insanı düşünməyə çağıran bir mesajdır".

 

Pərvanə Fərhadqızı