“Əhalidə belə bir təəsürat yaranır ki, %- ləri Mərkəzi Bank aşağı salmalıdır. Jurnalistlər bunu izah etmək məcburiyyətində qalır ki, Mərkəzi Bank bunu edə bilməz. Müəyyən qeyri –formal yanaşma var, kredit reytinqi anlayışı daha geniş yayılmalıdır. Vətəndaşın sürücülük, şəxsiyyət vəsiqəsi kimi açıq şəkildə verilməlidir. Bu bir qaydaya çevrilməlidir ki, vətəndaş, biznes strukturları da vaxtlı-vatında krediti ödəməlidir. Bu problemli kreditlərin qarşısını alan problemlərdən biridir. İstər istehlak, istər kommersiya krediti olsun. Bunlar iqtisadiyyatın özündə yaranmış problemlərdir, Bankların problemi deyil. İqtisadiyyatda fürsətlər açılmalı, İqtisadiyyatda özəl sektorun inkişafına müəyyən şərait yaradılmalı. Çünki Bank sektoru İqtisadiyyatın təməl daşlarından biridir. İqtisadi sistemdə ciddi dəyişikliklər olunmalıdır”.

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib.

 

Pərvanə Fərhadqızı