“Mediasiya Şurasının yaradılmasından sonra bizə müraciət olunan məktubların sayında azalma müşahidə olunub. Mən bunda 30-40 % azalma müşhidə etdim, görürəm ki, bizim edə bilmədiyimizi Mediasiya Şurası edə bilir. Bunu qiymətləndiririk”.
QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razı Nurullayev “Bank mübahisələrinin uğurlu həlli yolları" adlı konfransda çıxışı zamanı bildirib.
Deputat həmçinin qeyd edib ki, Milli Bankla bağlı mənim hər zaman narazılıqlarım olub: “Yeni rəhbərliyin yeni yanaşmalarını görürəm və dəstəkləyirəm. Xeyli dəyişikliklər var, xeyli məsələlər həll olunub, bunu gələn məktublarda da hiss edirik”.
Pərvanə Fərhadqızı












