Azərbaycanlı turistlər İrana səfər edənlər arasında ikinci yeri tutur.
QHT.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İranın turizm naziri İzzətullah Zərğami deyib.
O, Azərbaycan hökumətinin quru sərhədləri açmadığını və bunun nəticəsində də turislərin gəlməsində kəskin azalma olduğunu bildirib:
"Azərbaycandan turistlərin gəlişi Azərbaycan hökumətinin əməkdaşlıq etməməsi ucbatından dayandırılıb. Hər il Azərbaycandan İrana quru sərhədlər vasitəsilə 1,2 milyon turist gəlirdi”.












