“İrəli” İctimai Birliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü münasibətilə “Üçrəngli tarix” adlı tədbirlər planı həyata keçirilib.
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində “İrəli” kollektivi və gənclərinin Gəncə şəhərinə səfəri baş tutub.
Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyətinin parlament binası və Azərbaycan Xalq Cümhuriyyəti Muzeyinə ekskursiya təşkil edilib. Layihə iştirakçıları karantin rejiminin tələbləri nəzərə alınmaqla parlament binasında AXC-nin 23 aylıq fəaliyyət dövrünü özündə əks etdirən Bakı Media Mərkəzinin istehsal etdiyi “Son İclas” filmini izləyib, daha sonra mövzuya uyğun olaraq “Nə?, Harada?, Nə zaman?” intellektual oyununu oynayıblar.












