Son 30 ildə Qarabağ ərazisinə UNESKO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb.

 

QHT.az  Axar.az -a istinadən xəbər verir ki, bunu UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESKO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı xarici işlər naziri Ceyhun Bayramov deyib.

 

Nazirin sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib.