"Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri Kənan Məmmədovun rəhbərliyi ilə həyata keçirilən "İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri" layihəsi geniş maraq doğurmağa davam edir. Layihə çərçivəsində hazırlanan sayt Azərbaycan tarixinin dərin izlərini işıqlandıraraq beynəlxalq ictimaiyyətə çatdırmağı hədəfləyir.

QHT.az xəbər verir ki, lakin layihənin uğuru və təsiri təxribatlarla da müşayiət olunur. Sayt mütəmadi olaraq erməni istifadəçilərin kiberhücumlarına məruz qalır, sosial media hesablarının oğurlanmasına cəhdlər edilir. Bununla bağlı açıqlama verən Kənan Məmmədov bildirib:

"Bu, bir daha işimizin keyfiyyətini və hədəfi dəqiq nişan aldığımızı göstərir. Yaşasın Azərbaycan!"

Layihə Azərbaycan tarixinin təhrif olunmasının qarşısını almaq və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq istiqamətində mühüm addım olaraq qiymətləndirilir.

Azərbaycan tarixinə dair maarifləndirmə işlərinə davam edən komandanı bu əzmli fəaliyyətlərinə görə təbrik edirik!

 

Pərvanə Fərhadqızı