"Cəmiyyət azadlığa çıxmış şəxslərin həm inteqrasiya olunmasını arzulayır, həm də ən sadə işləri onlara qıymır, yaraşdırmır".

QHT.az xəbər verir ki, bu sözləri deputat Kamal Cəfərov plenar iclasda çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, Penitensiar Xidmətin rəhbərliyinin apardığı araşdırmaya əsasən azadlığa buraxılmış şəxslərin çox az faizi işə götürülür: "İşə götürlənlər ən yaxşı halda ya restoranda ofisiant işləyir, ya da taksi sürücüsü kimi fəaliyyət göstərirlər. İş tapa bilməyənlər, sosial-iqtsadi vəziyyəti aşağı olanlar isə inteqrasiya oluna bilmirlər, əksinə cinayət törətməyə meyilli olurlar. Ona görə də bu məsələdə ictimai təfəkkürün dəyişməyin vaxtıdır. Bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətinə yeni baxış lazımdır".

Daha ətraflı videoda: