İslandiyanın Reykjanes yarımadasında davam edən seysmik aktivlik səbəbindən bir çox yolda çatlar əmələ gəlib.
QHT.az xəbər verir ki, bu yaxınlarda başlayan seysmik aktivlik davam edir. Gecə yarısından etibarən yarımadada 500-dən çox zəlzələ baş verib. Yüzlərlə insan ərazini tərk edərkən, əmələ gələn bəzi çatlardan tüstünün qalxdığı görülüb.
Mütəxəssislər seysmik aktivliyin dünənlə müqayisədə azaldığını, lakin yarımadanın altından keçən 15 kilometr uzunluğundakı maqma çayının hələ də aktiv olduğunu və hazırda boşaldılan Qrindavik şəhərini təhdid etdiyini vurğulayıblar.
Pərvanə Fərhadqızı












