İsraildə HƏMAS-ın hücumları nəticəsində Azərbaycanın bir vətəndaşı həlak olub.

 

QHT. az  Axar.az-a istinadən  xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

 

O bildirib ki, həlak olanlar arasında Azərbaycanda doğulmuş yəhudi əsilli şəxs də var.

 

A.Hacızadənin sözlərinə görə, Azərbaycanın İsraildəki səfirliyi təhlükəsizlik qaydalarına riayət etməklə işini davam etdirir.