“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Vətən üçün hazır ol” adlı layihəsinin icrası çərçivəsində oktyabrın 9-da Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə Qazax rayon turnirinə start verilib.

Bu gün turnirin dördüncü günündə ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiqəlik sükütla yad edilib. "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir və donor haqqında ətraflı məlumat verib. Daha  sonra çıxış edən Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman şöbəsinin rəhbəri Namazov Sahib turnir iştirakçılarına uğurlar arzulayıb və bədən tərbiyyəsi və idmanla məşğul olmağa çağırıb.

Turnirin 4 mərhələsində 2 komanda güclərini sınayıb. Gərgin idman mübarizəsi şəklində keçən görüşün nəticəsi aşağıda kı kimi olub:

1) Qazax 2№ – Orta Salahlı  7-0

Qazax 2№komandası qalib gələrək yarım finala vəsiqə qazanıb. Oktyabrın 13-də yarım final oyunları keçiriləcək.

       Saat 10-00 da   Məktəb lisey – Kosalar

       Saat 11-00 da I Şıxlı - Qazax 2№

 

 

Pərvanə Fərhadqızı