Alimlər Mona Liza ilə bağlı Leonardonun müəmmalı təbəssüm yaratmaq üçün istifadə etdiyi üsullara işıq salan daha bir sirri açıblar.
QHT.az xəbər verir ki, məşhur sənət əsərinin bir parçasının kimyəvi quruluşunu öyrənmək üçün rentgen şüalarından istifadə edən elm adamları, Mona Liza üzərində işləməyə başlayıblar. Əsas örtük kimi istifadə etdiyi yağlı boya resepti Mona Liza üçün fərqli görünür və özünəməxsus kimyəvi imzaya malikdir. Tədqiqatçılar boyanın birinci qatında nadir birləşmə olan plumbonacrite aşkar ediblər.
Bu kəşf sənət tarixçilərinin əvvəllər yalnız fərziyyə etdiklərini ilk dəfə təsdiqlədi: Leonardo hal-hazırda Luvrda asılan portret üzərində işləməyə başlayanda, çox güman ki, boyanı qalınlaşdırmaq və qurutmaq üçün qurğuşun oksidi tozundan istifadə edib.
Pərvanə Fərhadqızı












