Sosial Tədqiqatlar Mərkəzi hüquqi və fiziki şəxslərin tikinti ilə bağlı aldıqları xidmətlərin keyfiyyət səviyyəsini, həmçinin hüquqi və fiziki şəxslərin bu xidmətlərdən məmunluq göstəricilərini öyrənməyə çalışır.
QHT.az xəbər verir ki, ölkə üzrə mənzil şəraitinin inkişafında 2000-ci illərdən etibarən yüksələn dinamika müşahidə olundu. Belə ki, 2000-ci illərdə istifadəyə verilən yaşayış sahəsi cəmi 487 min m2 təşkil etdiyi halda, bu göstərici 2005-ci ildə 1583 min m2, 2015-ci ildə 1932 min m2, 2020-ci ildə 5224 min m2 təşkil edib.
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc bu gün keçirilən konfransda qeyd edib ki, sovet dövründə istifadəyə verilən yaşayış yerlərində bu sahədə artım daha çox şəhərlərin hesabınadır: “1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45.5%-i şəhərlərdə, 54.5%-i kənd yerində olduğu halda, 2020-ci ildə 90.3%-i şəhər yerində, 9.7%-i kənd ərazilərində olub”.
Pərvanə Fərhadqızı












