“Hər bir fəaliyyətdə, xüsusən də siyasətdə şəffaflıq və hesabatlılıq olmalıdır. Hər bir partiya ona dəstək olanlara, fəaliyyətini izləyənlərə fəaliyyətini həm şəffaf qurmalı, həm də onlar qarşısında hesabatlı olmalıdır. Bu insanların Təşkilata inamını, bu təşkilata rəhbərlik edən liderə etimadını artırır. Bu anlamda şəffaflıq və hesabatlılıq ciddi məsələlərdir. Çox təəssüf ki, bəzən bunlara əməl olunmur” –bu sözləri Müasir İnkişaf  Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü QHT.az-a açıqlamasında bildirib.

O, medianın böyük güc, dördüncü hakimiyyət olduğunu bir daha vurğulayıb: “Bəzi məqamlarda ikinci, bəzən isə birinci hakimiyyət kimi çıxış edir" təəssüratı yaradır. Jurnalistlərlə dostluq edə bilən, münasibət qura bilən siyasətçilər, təşkilatlar daha çox yaşam şansı, təsir imkanı əldə edirlər. Kim ki media ilə gərginliyə üstünlük verir, münasibət qura bilmir fəaliyyəti çətin olur. Media siyasi hadisələrə rəng qatır, hadisələri qızışdıra da, sakitləşdirə də bilər. Baş verən müzakirələrə, debatlara, hadisələrə medianın təsiri, ictimai rəyin formalaşması və s. istiqamətlərdə inanılmaz dərəcədə gücü, təsiri var. Mən bunları jurnalist olduğuma görə demirəm, bu bir reallıqdır. Bu reallığı düzgün qiymətləndirə bilən siyasətçilər hər zaman öz fəaliyyətlərində uğur əldə edə bilirlər”.   

 

Pərvanə Fərhadqızı