Ötən bazar səhəri təxminən 250 qeyri-qanuni miqrantı daşıyan qayıq İtaliyanın cənubundakı Crotone şəhərindəki Steccato di Cutro qəsəbəsinin ortasında parçalanaraq batıb.
QHT.az xəbər verir ki, Britaniyanın BBC telekanalının xəbərinə görə, qayığın sərt hava şəraitində qayalara çırpılaraq batdığı ehtimal edilir. İtaliya hakimiyyəti quruda və dənizdə geniş axtarış-xilasetmə əməliyyatına başlayıb. İndiyədək 12 uşaq və bir körpə olmaqla azı 62 miqrant ölüb.












